BAKI, 22 fevral — Sputnik. Mərkəzi Neftçilər Xəstəxanasının baş direktorunun müavini, xəstəxananın baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, o, səhiyyə naziri Oqtay Şirəliyevin müvafiq əmri ilə Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.
Mirzəliyev artıq yeni vəzifəsinin icrasına başlayıb.
Xatırladaq ki, Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova da bir həftə əvvəl tutduğu vəzifədən azad edilib.