CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan satirasının həqiqi Molla Nəsrəddini

© Photo : Public domainMirzə Cəlil Məmmədquluzadə
Mirzə Cəlil Məmmədquluzadə - Sputnik Azərbaycan
Abunə olmaq
Yazıçı-dramaturqun 1906-1932-ci illərdə (müəyyən fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub

BAKI, 22 fevral — Sputnik. 1869-cu il fevralın 22-də böyük yazıçı, dramaturq, jurnalist Cəlil Məmmədquluzadə (1869 — 4.1.1932) Naxçıvanda doğulub.

Realist hekayələri ("Poçt qutusu", "Usta Zeynal", "Qurbanəli bəy"), povestləri ("Danabaş kəndinin əhvalatları"), dram əsərləri ("Dəli yığıncağı", "Anamın kitabı"), məşhur "Ölülər" tragikomediyası ilə Azərbaycan ədəbiyyatına misilsiz töhfələr verib. Yazıçı-dramaturqun 1906-1932-ci illərdə (müəyyən fasilələrlə) nəşr etdirdiyi "Molla Nəsrəddin" jurnalı Azərbaycanda satirik jurnalistikanın əsasını qoyub.

Məmmədquluzadənin təbliğ etdiyi ideyalar jurnala ümumxalq məhəbbəti, beynəlxalq aləmdə böyük nüfuz qazandırıb. Çar hökuməti onu tez-tez məhkəmə məsuliyyətinə cəlb edib, "Qeyrət" mətbəəsində axtarışlar aparıb, bəzən də "Molla Nəsrəddin"in nəşrini dayandırıb.

Yeni quruluş zamanı, 1921-1927-ci illərdə sovet hökumətinin tədbirlərində yaxından iştirak edərək redaktoru olduğu "Yeni yol" qəzeti vasitəsi ilə latın qrafikasının tətbiq olunmasına çalışıb. 1926-cı ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyə qəbul olunub.

Lakin Məmmədquluzadə 1928-ci ildən sovet cəmiyyətinin sərt ideoloji terroruna məruz qalıb. 

O, "milli xırda burjua ədəbiyyatı nümayəndəsi", "cığırdaş", "Azərbaycan dilini korlayan yazıçı" kimi damğalanıb. Siyasi təzyiqlərə məruz qalan C.Məmmədquluzadə 1931-ci ildə "Molla Nəsrəddin" jurnalının baş redaktoru vəzifəsindən imtina edib.

Xəbər lenti
0