BAKI, 22 fevral — Sputnik. Həkimlərin müşahidələrinə görə, bəzən qadınlar üçün çox adi görünən şeylər hamiləlik şansını xeyli azalda bilər.
Belə ki, bir çox qadınlar cinsi əlaqədən sonra ayağa qalxır, hamam otağına gedir və yuyunur. Mütəxəssislərin fikrinə görə, bunlar hamiləliyin ehtimalını azaldan vərdişlərdir.
Sputnik Azərbaycan saglamolun.az-a istinadən xəbər verir ki, ABŞ mütəxəssisləri tərəfindən aparılmış araşdırma göstərib ki, cinsi əlaqədən sonra bir müddət ərzində uzanmaq hamiləlik şansını 20%-ə qədər artırır.
Mütəxəssislər cinsi əlaqədən sonra ən azı 15-20 dəqiqə uzanmağı tövsiyə edir. Yuyunmağa gəldikdə isə, bu da hamiləliyin şansını azaldan amillərdəndir.