BAKI, 22 fevral — Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7001 manat olub.
Sputnik Azərbaycan xəbər verir ki, avronun məzənnəsi 0,40% azalaraq 2,0865 manat, Rusiya rublunun məzənnəsi isə dəyişməz qalaraq 0,03 manat təşkil edib. Bir ingilis funt sterlinqi 2,3644 manatdır.