ELM

Rəsmi qurum günün aktual probleminə aydınlıq gətirdi

© Photo : REPORTBakı Şəhəri üzrə Təhsil İdarəsi
Bakı Şəhəri üzrə Təhsil İdarəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil İdarəsi mektebeqebul.edu.az saytında yaranan ləngimələrə aydınlıq gətirib

BAKI, 22 fevral — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsi I sinfə uşaqların onlayn qeydiyyatı üçün istifadə olunan mektebeqebul.edu.az saytında yaranan ləngimələrə aydınlıq gətirib.

Quba rayonunun Cağacıq kəndində yeni istifadəyə verilmiş modul tipli məktəb - Sputnik Azərbaycan
ELM
Təhsil sistemində yenilik: Bu gündən...

İdarənin İctimaiyyətlə əlaqələr sektorundan “Report”un soruğusuna cavab olaraq bildirilib ki, hazırda paytaxtdakı ümumi təhsil məktəblərinin mövcud məktəbəhazırlıq qruplarındakı 24 000-dən çox uşağın I sinfə qeydiyyatı mektebeqebul.edu.az sistemi tərəfindən avtomatik olaraq aparıldığına və minlərlə valideyn eyni anda övladını qeydiyyatdan keçirmək istədiyinə görə, I sinfə uşaqların elektron qeydiyyatı sistemində müvəqqəti ləngimələr müşahidə oluna bilər.

Qeyd olunub ki, minlərlə adam eyni anda sistemə giriş edir: “Ona görə də valideynlər səbrli olmalıdır, çünki bu obyektiv texniki məsələdir”.

Xatırladaq ki, bu gündən paytaxt üzrə məktəblərin I sinfinə uşaqların onlayn qeydiyyatı başlayıb.

Xəbər lenti
0