Körpə basdırılan zaman dirildi

CC0 / jakobking85 / BabyYeni doğulmuş körpə, arxiv şəkli
Yeni doğulmuş körpə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Körpəni xəstəxanaya çatdıran zaman məlum olub ki, uşaqda virus var və o, müalicə olunmalıdır

BAKI, 21 fevral — Sputnik. Hindistanda doğum evində həkim böyük səhvə yol verib.

Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, valideynlərinə yeni doğulan oğlan uşağının öldüyünü deyən həkimlər uşağı plastik qabda atasına veriblər. Dəfn mərasiminə hazırlıq gedərkən körpənin əmisi plastik qabdan səs gəldiyini eşidib. Qabı açarkən körpənin sağ olduğu müəyyən edilib. Körpəni xəstəxanaya çatdıran zaman məlum olub ki, uşaqda virus var və o, müalicə olunmalıdır.

Körpənin valideynləri uşağa diaqnoz qoyan həkimlə əlaqə saxlamağa çalışsalar da, alınmayıb. Xəstəxanadan yalnız onu bildiriblər ki, həkimlər cəzalanacaq.

Xəbər lenti
0