Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Politoloq: “Türkiyə ordusu Afrin əməliyyatından geri çəkilən deyil”

© Sputnik / Murad OrujovЭльхан Шахингоглу, политолог
Эльхан Шахингоглу, политолог - Sputnik Azərbaycan
Abunə olmaq
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyir ki, əgər o terror yuvası təmizlənməsə, daima Türkiyə üçün təhlükəsizlik problemləri yaradacaq

Elxan Şahinoğlu: “Türkiyə Minbicə doğru istiqamətlənə bilər”
“Əgər Əsəd rejimi  PYD/YPG-ni təmizləmək üçün Afrinə daxil olmaq istəyirsə, problem yoxdur. Ancaq Suriya rejimi PYD/YPG-ni qorumaq üçün Afrinə gedirsə, kimsə bizi dayandıra bilməz”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, Türkiyə tərəfindən verilən bu cür bəyanatlar mesaj xarakteri daşıyır: 

“Türkiyə tərəfi bununla deyir ki, Əsəd belə bir yanlışlığa yol verməsin. Türkiyə ordusu Afrin əməliyyatından geri çəkilən deyil. Əgər o terror yuvası təmizlənməsə, daim Türkiyə üçün təhlükəsizlik problemləri yaradacaq. Hətta Türkiyə ordusu Afrinlə kifayətlənməyib, Münbiçə doğru istiqamətlənə bilər. Bunun üçün Amerika ilə müəyyən məsləhətləşmələr olmalıdır”.

Xəbər lenti
0