Latın Amerikası ölkəsindən ilginc Türkiyə etirafı gəldi

© Sputnik / Irade JELILİstanbul
İstanbul - Sputnik Azərbaycan
Abunə olmaq
Türkiyə 3,5 milyon suriyalı qaçqına ev sahibliyi edir

BAKI, 21 fevral — Sputnik. “Venesueladan ölkəmizə axın edən miqrantlarla necə məşğul olacağımızı bilmirik. Bunun üçün Türkiyəyə nümayəndə heyəti göndərdik”.

Sputnik Azərbaycan BBC-yə istinadən xəbər verir ki, bu sözləri Kolumbiya prezidenti Juan Manuel Santos deyib.

O bildirib ki, Türkiyənin bu sahədə təcrübəsinin öyrənilməsi olduqca əhəmiyyətlidir: “Miqrant problemi ilə bağlı Türkiyə kimi ölkələrdən örnək götürməliyik. Bu problemlə bacardığımız qədər mübarizə aparmağa çalışırıq”, – Santos bildirib.

Qeyd edək ki, Türkiyə 3,5 milyon suriyalı qaçqına ev sahibliyi edir. Bundan başqa, İraqdan olan minlərlə miqrant da Türkiyəyə sığınıb.

Xəbər lenti
0