CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Proqnoz açıqlandı: Çiskin, yağış, qar...

CC0 / Pexels / RainДождь, фото из архива
Дождь, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacaq

BAKI, 21 fevral — Sputnik. Sabaha olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, fevralın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraiti bəzi yerlərdə arabir çiskinli olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 3-5, gündüz 7-9, Bakıda 4-6, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.

Дождь в Москве - Sputnik Azərbaycan
Növbəti günün hava proqnozu

Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 85-95, gündüz 60-70 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 22-də bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

Xəbər lenti
0