Rusiyadan açıqlama: “Əsəd rejimi kürdlərlə dialoq qurmalıdır”

© Sputnik / Nina Zotina / Mediabanka keçidSer gey Lavrov
Ser gey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Sergey Lavrov: “ABŞ-ın hərəkətləri Suriyada sülhün əldə olunmasına ciddi əngəl yaradır”

BAKI, 21 fevral — Sputnik. "Amerikalı tərəfdaşlarımız çalışır ki, kürdləri Suriyadan ayırsınlar. Onlar üçün ayrıca dövlət qursunlar". Sputnik xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada sloveniyalı həmkarı Karl Erjaveç ilə görüşündə deyib.

Lavrovun sözlərinə görə, ABŞ-ın bu hərəkətləri Suriyada sülhün əldə olunmasına ciddi əngəl yaradır: "Bu cür addımlar Suriyada siyasi həll yolunu daha da qəlizləşdirir. Problem daha da uzanır. Suriyada fəaliyyət yürüdən bütün tərəflər Dəməşq rəhbərliyi ilə dialoq qurmalıdır".

Rus nazir, həmçinin əlavə edib ki, Suriya rejimi kürdlərlə dialoqu intensivləşdirməlidir. "Rejim kürdlərdən başqalarının istifadə etməməsi üçün onlarla danışıqlara getməlidir", – Lavrov deyib.

Xəbər lenti
0