BAKI, 21 fevral — Sputnik. Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsinin rəisi Rəhim Zalovun işdən çıxarılması ilə bağlı məlumat yayılıb. Sputnik Azərbaycan xəbər verir ki, “Qafqazinfo” saytı müvafiq əmrin daxili işlər naziri Ramil Usubov tərəfindən imzalandığını yazıb.
Məlumata görə, onun yerinə təyinat həyata keçirilməyib. İddia edilir ki, onun işdən azad edilməsi DİN tərəfindən keçirilən xüsusi yoxlamalarla əlaqədardır.
Gəncə şəhər Baş Polis İdarəsinin Yol Polisi Şöbəsindən sayta bildirilib ki, R.Zalov hazırda səhhəti ilə əlaqədar Bakıdadır və müalicə olunur.
DİN-in mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə Sputnik Azərbaycan-a açıqlamasında bununla bağlı heç bir məlumata malik olmadıqlarını bildirib.