İngiltərənin 91 yaşlı kraliçası moda sərgisini izləyib - FOTO

© REUTERS / Yui MokBöyük Britaniyanın kraliçası Yelizaveta Londonda keçirilən moda sərgisində
Böyük Britaniyanın kraliçası Yelizaveta Londonda keçirilən moda sərgisində - Sputnik Azərbaycan
Abunə olmaq
Kraliça sərgiyə dizayneri Ancela Kellinin əsəri olan mavi paltar geyinib

BAKI, 21 fevral — Sputnik. Böyük Britaniyanın kraliçası, 91 yaşlı Yelizaveta Londonda keçirilən moda sərgisini izləyib. Kraliça "Richard Quinn" brendinin yeni kolleksiyasının təqdimatına qatılıb.

© REUTERS / Yui MokBöyük Britaniyanın kraliçası Yelizaveta Londonda keçirilən moda sərgisində
Böyük Britaniyanın kraliçası Yelizaveta Londonda keçirilən moda sərgisində - Sputnik Azərbaycan
Böyük Britaniyanın kraliçası Yelizaveta Londonda keçirilən moda sərgisində

Sputnik Azərbaycan "Daily Mail"ə istinadən xəbər verir ki, II Yelizaveta təqdimata "Vogue US" jurnalının baş redaktoru Anna Vintur və Britaniya Moda Şurasının (British Fashion Council) rəhbəri Kerolayn Raşla gəlib.

Kraliça sərgiyə dizayneri Ancela Kellinin əsəri olan mavi paltar geyinib.

Şou başa çatandan sonra kraliça 27 yaşlı model Riçard Kuinə "Britaniya modasında ən yaxşı debüt" mükafatını təqdim edib. 

Xəbər lenti
0