“Azərbaycan türklərinə bu münasibət İran hakimiyyətinin qorxusunu göstərir. Çünki Azərbaycan dilinin inkişaf etməsi, yayılması gələcəkdə fars mədəniyyətinə, şovinizminə zərbə vura bilər. Onlar düşünür ki, azərbaycanlıların öz dilini və mədəniyyətini yayması gələcəkdə İranın dağılması ilə nəticələnə bilər. İran həm də bölünmüş millətlər həbsxanasıdır. Bölgədə azlıqda olan ermənilərin isə hər bir haqları təmin olunur. İran milli məsələlərin həllində təzadlı vəziyyətdədir”, — deyə o bildirib.
Qeyd edək ki, UNESCO-nun baş direktoru Odre Azule 21 fevral Beynəlxalq Ana Dili Günü (International Mother Language Day) ilə əlaqədar ictimaiyyətə müraciət edib. Müraciətdə ana dilinin insanın cəmiyyətdə, habelə dünya səviyyəsində formalaşmasında mühüm şərtdir. UNESCO çoxdilli ölkələrin siyasətini, ana dilinin əhəmiyyətini dəstəkləyir, məktəbdə təhsilin bu dildə aparılmasını tövsiyə edir.