Rauf Qurbanəliyev: “Yaxın on il ərzində kinomuzun keyfiyyətini qaldıra bilərik”
Son zamanlar Azərbaycanda milli kino yaradıcılığında inkişaf nəzərə çarpır. Yeni filmlər böyük tamaşaçı marağına səbəb olur.
Kinooperator Rauf Qurbanəliyev Sputnik Azərbaycan-a deyir ki, həqiqətən də bu gün Azərbaycanda kifayət qədər filmlər çəkilir:
“Ancaq bu filmlərin bəzisi keyfiyyətlidir. Yəni faizlə desək, 100 faizdən 5 faizini keyfiyyətli film saymaq olar. Filmlərdə ya aktyor işi zəif olar, ya operator işi, ya da musiqisi zəif olur. Bunlar ümumilikdə filmin keyfiyyətinə təsir edir. İndi o qədər film çəkilir ki, sayı-hesabı yoxdur. Ancaq bunların əksəriyyəti 3 günlük filmlərdir. Düşünürəm ki, ssenaristlər maraqlı ssenarilər yazsalar və kino sahəsindəki şəxslər işlərinə peşəkarcasına yanaşsa, yaxın on il ərzində kinomuzun kəmiyyət və keyfiyyətini qaldıra bilərik”.