CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda tanınmış şəxsin vəziyyəti pisləşib

© Photo : APATəcili yardım
Təcili yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Böyükağa Hacıyevin vəziyyəti bir qədər də ağırlaşıb

BAKI, 21 fevral — Sputnik. AFFA Məşqçilər Komitəsinin üzvü, "Bakı" və "Neftçi" klublarının sabiq baş məşqçisi Böyükağa Hacıyev öncə insult, ardınca infakt keçirib.

Sputnik Azərbaycan-ın əməkdaşı futbol mütəxəssisinin səhətti ilə bağlı açıqlama almaq üçün Böyükağa Hacıyevin oğlu Rüstəm Hacıyev ilə əlaqə saxlayıb. Rüstəm Hacıyev bildirib ki, Böyükağa Hacıyev 1 həftədən çoxdur ki, Mərkəzi Klinikadan özəl xəstəxanalardan birinə köçürülüb: "Atam özəl klinikaya köçürüləndən sonra halı daha da pisləşib. Təzyiqini stabil saxlamaq mümkün olmur. Xüsusi aparata qoşublar. Həm də başındakı şişə görə hormonal dərmanlar qəbul etməyə başlayıb. Bu da onun səhhətini daha da ağırlaşdırır. Həkimlər heç nə demir. Bizə yalnız gözləmək qalıb. Ümidimiz Allahadır".

Xəbər lenti
0