CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qırıcı təyyarələrə və hərbi gəmilərə sahib olan Qarabağ veteranı

© Sputnik / Ilham MustafayevQarabağ müharibəsi veteranı Füzuli Əliyev
Qarabağ müharibəsi veteranı Füzuli Əliyev - Sputnik Azərbaycan
Abunə olmaq
O, gəmilərindən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adını verib

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 20 fevral — Sputnik. Hərbi və yelkənli gəmilər, təyyarələr, fərqli ölçüdə raket və sualtı qayıqlar hər an həyəcan siqnalına hazır görünür. İlk baxışdan Hərbi Hava Qüvvələri və donanmanın döyüş texnikasına bənzəsə də, burada olan sursatın hamısı maketlərdən ibarətdir.

© Sputnik / Ilham MustafayevFüzuli Əliyevin düzəltdiyi təyyarə maketi
Füzuli Əliyevin düzəltdiyi təyyarə maketi - Sputnik Azərbaycan
Füzuli Əliyevin düzəltdiyi təyyarə maketi

Yalnız hazırlandığı materiala və ölçülərinə görə əslindən fərqlənən bu maketlərin müəllifi Qarabağ müharibəsi veteranı Füzuli Əliyevdir. Mingəçevir şəhər sakini olan F.Əliyev artıq 35 ildir maraqlı əl işləri hazırlamaqla məşğuldur. O, həmçinin yaşadığı şəhərin Uşaq-Gənclər İnkişaf Mərkəzində dərnək rəhbəri kimi fəaliyyət göstərərək bacarığını tələbələrinə də öyrətməyə çalışır.

Sənətinin incəlikləri haqqında Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan Füzuli müəllim hazırladığı modellərin əslindən fərqlənmədiyini, layihə-eskizlərini "Modelist-Konstruktor" jurnallardan götürdüyünü, ən əsası isə, hərəkətə gətirilərək işlədiyini deyir.

"Hazırladığım maketlərin, demək olar ki, hamısı hərəkətə gətirilən modellərdir. Təyyarələrə texniki spirtlə işləyən xüsusi motorlar quraşdırmışam ki, onun köməkliyi ilə uçur. Gəmilər isə kiçik akkumulyator vasitəsilə hərəkətə gətirilərək pultla idarə olunur. Təyyarələri havada 20 metrədək radiusda idarə etmək olur. Raketlər isə 200 metrədək yüksəyə qalxa bilir", — müsahibimiz bildirir.

Usta hazırda bu motorların, idarəedici pultların çox çətinliklə tapıldığını, əlində olanların isə Sovetlər dönəmində DOSAAF (Orduya, aviasiyaya və donanmaya könüllü yardım cəmiyyəti) tərəfindən verildiyini, o vaxtdan qoruyub saxlayaraq hələ də istifadə etdiyini deyir. Hazırda belə motorların ölkəmizdə satılmadığını, Rusiyada isə ən ucuzunun 500 ABŞ dollarından baha olduğunu bildirir.

© Sputnik / Ilham MustafayevYelkənli gəmi maketi
Yelkənli gəmi maketi - Sputnik Azərbaycan
Yelkənli gəmi maketi

Füzuli Əliyev hər maketi, üzərinə yapışdırdığı detalların sayından asılı olaraq 10-12 aya ərsəyə gətirir. Onların hazırlanmasında, əsasən avtomobil rənglərindən, şüşə parçadan, eboksid kleydən, vatman kağızından istifadə edir. Usta hissələri birləşdirmək üçün isə heç yerdə satışda olmayan xüsusi yapışqan növü hazırlayır.

Зажженная спичка, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda elə bir ocaq qalandı ki, insanlar qapıda növbə tutur

"Ən çox zaman aparanı gəmi modelləridir. Məsələn, Milli Qəhrəmanımız Mübariz İbrahimovun adını verdiyim 2 metrlik gəminin üzərində bir ildən çox işləmişəm. Elə maketlər var ki, 3000 detaldan ibarətdir. Onların hər biri ayrı-ayrılıqda hazırlanıb, rəngləndikdən sonra gəminin üzərinə əlavə edilir. Hissələri birləşdirmək üçün isə bir neçə qarışıqdan xüsusi yapışqan hazırlayıram ki, ona heç yerdə rast gələ bilməzsiniz", — deyir həmsöhbətimiz.

Təyyarələrin hazırlanmasında isə o, dünyanın ən bahalı və yüngül ağacı olan balza ağacından istifadə edir. Cənubi Amerikanın ekvatorial meşələrində bitən bu bitki materialının ölkəmizdə tapılmadığını bildirən sənətkar onları da Sovetlər dövründə əldə etdiyini və qənaətlə işlətdiyini deyir.

© Sputnik / Ilham MustafayevGəmi
Gəmi - Sputnik Azərbaycan
Gəmi

F.Əliyev 100-dən artıq əl işinin müəllifi olsa da, hələ bir dənə də olsun maketini satmadığını vurğulayır. Bunu isə aylarla əziyyət çəkdiyi əl işlərinə qiymət qoya bilməməsiylə əlaqələndirir. Hətta bir dəfə hazırladığı bir gəmi üçün 700 dollar təklif olunduğunu desə də, satmamağı daha üstün tutub. O, əl işlərini satmaqdansa, sevdiyi insanlara hədiyyə etməyin daha münasib olduğunu düşünür.

Xəbər lenti
0