Rusiyadan açıqlama: Türkiyə Əsədlə dialoq qursun

© Sputnik / Nina Zotina / Mediabanka keçidSer gey Lavrov
Ser gey Lavrov - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya XİN başçısı bildirib ki, Amerikanın Fərat çayının şərqində oynadığı oyun Afrindəki hadisələri provokasiya edib və nəticədə Türkiyə o bölgəyə girməyə məcbur qalıb

BAKI, 20 fevral — Sputnik. Türkiyə öz təhlükəsizlik maraqlarını qorumaq istəyirsə, o zaman Dəməşq rejimi ilə birbaşa dialoq qurmalıdır. Sputnik xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. Pakistanlı həmkarı Məhəmməd Asıfla Moskvada mətbuat konfransı keçirən Lavrov deyib ki, Rusiya Türkiyənin Suriyadakı vəziyyətlə bağlı haqlı narahatlığı anlayır.

"Türkiyənin narahatlığını və kürdlərin arzusunu anlayırıq. Bunun üçün Astanada Rusiya, Türkiyə və İran prezidentləri səviyyəsində müşavirələr keçiririk. Bizi narahat edən əsas məsələ, kənar qüvvələrin öz geostrateji məqsədlərinə çatması üçün kürd xalqının arzularından sui-istifadə etməsidir. Halbuki bu cür davranışların kürdlərin maraqlarına xidmət etmir", — Lavrov qeyd edib.

Rusiya XİN başçısı bildirib ki, Amerikanın Fərat çayının şərqində oynadığı oyun Afrindəki hadisələri provokasiya edib və nəticədə Türkiyə o bölgəyə girməyə məcbur qalıb.

Xəbər lenti
0