CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə Nazirliyi əhaliyə müraciət edir: 20 gün vaxt veriləcək

© Sputnik / Anar MustafayevМинистерство обороны Азербайджанской Республики
Министерство обороны Азербайджанской Республики - Sputnik Azərbaycan
Abunə olmaq
Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin nəzərinə

BAKI, 20 fevral — Sputnik. Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər martın 1-dən 20-dək müvafiq sənədlərlə birlikdə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində, eləcə də hərbi birliklərin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Студенты в аудитории, фото из архива - Sputnik Azərbaycan
ELM
Təhsilini davam etdirmək istəyənlərə hərbi xidmət müjdəsi

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilir.

"Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılır. Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər" — nazirlikdən bildirilib.

"Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar" — MN bəyan edir.

Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

— kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

— şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə;

— xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

— təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti — 2 nüsxədə;

— doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti — 2 nüsxədə;

— şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti — 2 nüsxədə;

— nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) — 2 nüsxədə;

— uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) — 2 nüsxədə;

Müdafiə naziri ön xətt bölmələrində olub - Sputnik Azərbaycan
Müdafiə naziri cəbhə xəttinə gedib

— evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış — 2 nüsxədə;

— 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);

— qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;

— hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş) — 2 nüsxədə;

— məhkumluğun olub-olmaması barədə qeydiyyatda olduğu rayon Polis İdarəsi (şöbə, bölmə) tərəfindən verilmiş arayış.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, "Qızıl Şərq" hərbi şəhərciyi (Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi) və hərbi birliklərin qərargahları.

Müraciət etmə vaxtı: 2018-ci il martın 1-dən 20-dək hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 17.00-dək.

Telefon: (012) 538-85-62.

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin hər hansı bir maddəsi (156-cı maddənin "a" bəndi (xidmət müddəti başa çatdığına görə) istisna olunmaqla) ilə ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğu olan hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

Xəbər lenti
0