BAKI, 20 fevral — Sputnik. Yayımına 15 il əvvəl başlanan və uzun illər ekranlarda izlənmə rekordları qıran "Kurtlar Vadisi" serialında Memati obrazını canlandıran Gürkan Uyqun tanınmaz hala düşüb. İmicini tamamilə dəyişən 43 yaşlı aktyor "İlin adamı 2017" mükafat mərasimində görünüb.
Sputnik Azərbaycan "Milliyet"ə istinadən bildirir ki, Gürkan Uyquna "İlin parlayan ulduzu" mükafatı təqdim olunub.
Mükafatı alması üçün səhnəyə çıxan aktyoru görənlər onu tanıya bilməyib. Daha sonra aydın olub ki, o, tezliklə yayımlanacaq "Mehmet Bir Cihan Fatihi" adlı serialda canlandırdığı obraz səbəbilə imicini bu qədər dəyişib.