Heykəl ilə şelfi çəkdirdi və barmağını qoparıb qaçdı

© AFP 2024 / RODRIGO ARANGUATerra-cotta
Terra-cotta - Sputnik Azərbaycan
Abunə olmaq
Oğru polis tərəfindən saxlanılıb

BAKI, 20 fevral — Sputnik. Filadelfiyada Franklin İnstitutunda sərgilənən 10 Terracotta heykəlindən birinin başına iş gəlib. Sputnik Azərbaycan Türkiyə mediasına istinadən xəbər verir ki, keçən həftə Maykl Rohana adlı bir nəfər sərgiyə gələrək heykəllərdən biri ilə selfi çəkdirib. Daha sonra gizli şəkildə heykəlin baş barmağını qopararaq aparıb.

Bunu görən işçilər polisə xəbər verib. Polis 24 yaşlı oğrunu tutub.

Çində bu heykəllərə cavabdeh Şu Haiyunin diqqətsizlik etdiyi üçün qınanıb. Çinlilər oğruya ağır cəza verilməsini tələb edib.

Qeyd edək ki, Terracotta heykəlləri Çin tarixinin ən qədim tarixi heykəlləridir.

Xəbər lenti
0