Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Dünyanın ən məşhur cizgi filmi qəhrəmanları

© Photo : PUBLIC DOMAINTom və Cerri cizgi filmindən səhnə
Tom və Cerri cizgi filmindən səhnə - Sputnik Azərbaycan
Pişik Tom və siçan Cerri ilk dəfə 77 il əvvəl ekranlarda görünüblər

BAKI, 20 fevral — Sputnik. Pişik Tom və siçan Cerrinin münasibətlərindən bəhs edən məşhur cizgi filmlərinin ilk seriyası 1940-cı il fevralın 20-də nümayiş etdirilib.

Cizgi filmi Uilyam Hanna və Cozef Barbera tərəfindən yaradılıb.

Televizor pultu - Sputnik Azərbaycan
Qalmaqallı dövlət başçısı indi də cizgi filmi qəhrəmanı olacaq

Bu cizgi filmlərinin çoxunun süjeti pişiyin siçanı tutub yemək cəhdləri üzərində qurulub. Bəzi seriyalarda isə onlar dost kimi davranırlar. Cerrinin Tomu qəsdən hövsələdən çıxardığı və cığallıq etdiyi seriyalar da az deyil.  

Hazırda bütün həvəskarların Tom kimi tanıdıqları pişik əvvəlki seriyalarda Casper adı ilə tanınıb. Tom daima Cerrini tutmağa çalışır, onun üçün tələlər qurur və çox vaxt bu tələlərə özü düşür. 

Siçan Cerri (tam adı Cerald Maus) əvvəlki seriyalarda Cenks adı ilə tanınıb. Çox hiyləgər obrazdır.

Bir çox seriyalarda Tom Cerrini yesə də, sonradan siçan onun qarnından çıxa bilir, ona görə də Tomun daha sonra Cerrini niyə qovması anlaşılmır.

Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала