BAKI, 20 fevral — Sputnik. Fevralın 20-dən prezidentliyə namizədlər qeydə alınmaları üçün zəruri olan seçki sənədlərini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edə bilərlər.
Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikası prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin təqvim planına əsasən, sənədləri prezidentliyə namizəd, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi təqdim edə bilər.
Sənədlərin təqdim edilməsi 2018-ci il fevralın 20-dən martın 12-si saat 18.00-dək davam edəcək.
Xatırladaq ki, bu il aprelin 11-də Azərbaycanda növbəti prezident seçkiləri keçiriləcək.