CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yağış Badamdar yamacına ciddi ziyan vurub

© Sputnik / Irade JELILTeleviziya Qülləsi yaxınlığında sürüşmə sahəsi
Televiziya Qülləsi yaxınlığında sürüşmə sahəsi - Sputnik Azərbaycan
Abunə olmaq
Bu səbəbdən də torpaq yuyulub və cavan ağaclar kökündən çıxıb

BAKI, 19 fevral — Sputnik. "Bir neçə günlük yağışlardan sonra Badamdardakı 20-ci sahə avtomobil yolunun sağ hissəsində, yoldan, təxminən, 70-80 metr məsafədə yamacda aşınma baş verib". Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov məlumat verib.

O bildirib ki, bu gün əraziyə baxış keçirilib və məlum olub ki, yamacın aşağı hissəsində fərdi yaşayış evlərinə gedən kanalizasiya borusu partlayıb, bundan sonra isə su sızması baş verib.

Bu səbəbdən də torpaq yuyulub və cavan ağaclar kökündən çıxıb. Yol artıq torpaqdan təmizlənib.

Xəbər lenti
0