Bu ölkədə sünnətə qadağa qoyulacaq

CC0 / saifulmulia / KidsMüsəlman uşaqlar, arxiv şəkli
Müsəlman uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hökumətin qərarına ölkədə yaşayan müsəlmanlar və yəhudilər etiraz ediblər

BAKI, 19 fevral — Sputnik. İslandiya hökuməti sünnəti qadağan etməyə hazırlaşır. Sputnik Azərbaycan "The Guardian"a istinadən xəbər verir ki, əgər qanun qəbul olunsa, İslandiya kişilərə sünnəti qadağan edən ilk Avropa ölkəsi olacaq.

Hökumətin parlamentə təqdim etdiyi qanun layihəsində, sünnətin uşaq haqlarını kobud şəkildə pozduğu qeyd olunur.

Məsciddə namaz - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sünnətə, azana və minarələrə qadağa qoymaq istəyirlər

"Tibbi səbəblər istisna olmaqla, sünnətin qadağan olunması üçün məclisə təklif göndərdik. Bizim üçün dini qaydalar əsas deyil, uşaqların haqları daha üstündür", – hökumətdən bildirilib.

Əgər təklif parlamentdən keçsə, qanunu pozanları 6 ilədək həbs gözləyir.

İslandiya hökumətinin qərarına ölkədə yaşayan müsəlmanlar və yəhudilər etiraz ediblər.

"Onda belə çıxır ki, İslandiya dövləti öz ərazisində bizləri görmək istəmir. Çünki sünnət yəhudilik üçün vazkeçilməzdir", – yəhudi icması açıqlama yayıb.

Qeyd edək ki, 336 min nəfər əhalisi olan İslandiyada 1500-ə yaxın müsəlman, 250 yəhudi vətəndaş yaşayır.

Xəbər lenti
0