Rusiyadan "İsraili yer üzündən silmək" açıqlaması

© REUTERS / Rodi SaidSuriyada ABŞ əsgərləri, arxiv şəkli
Suriyada ABŞ əsgərləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiya XİN başçısı İsrail və havadarı Amerikanın İrana qarşı izlədiyi düşmənçilik siyasətini təhlükəli adlandırıb

BAKI, 19 fevral — Sputnik. Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrail-İran münasibətlərindən danışıb. O, İrandakı bəzi siyasi dairələrin "İsraili yer üzündən silmək"lə bağlı verdiyi bəyanatları qəbul etmədiklərini açıqlayıb.

Sputnik xəbər verir ki, Lavrov, həmçinin İsrail və havadarı Amerikanın İrana qarşı izlədiyi düşmənçilik siyasətini də təhlükəli adlandırıb: "Təəssüf ki, Amerika, İsrail və onlara yaxın bəzi dairələr Yaxın Şərqdəki problemləri İranla əlaqələndirirlər. Bu düzgün yanaşma deyil. İsrail-İran əlaqələrinin gərgin olduğu aydın məsələdir. Bu gərginliyi azaltmaq əvəzinə daha da dərinləşdirmək heç kəsə fayda gətirməz".

"Həmçinin İrandakı bir çox siyasi kimsələr İsraili yer üzündən silməklə bağlı fikirlər səsləndirirlər. Rusiya bu düşüncəni heç vaxt qəbul etmir", – Lavrov bəyan edib.

Xəbər lenti
0