Rusiyadan Amerikaya "odla oynamayın" xəbərdarlığı

© REUTERS / Yuri GripasABŞ-ın dövlət katibi Reks Tillerson Rusiyanın xarici işlər naziri Sergey Lavrovla
ABŞ-ın dövlət katibi Reks Tillerson Rusiyanın xarici işlər naziri Sergey Lavrovla - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyalı nazir deyib ki, Amerika Suriyadan dərhal çıxmalıdır

BAKI, 19 fevral — Sputnik. "Biz Vaşinqtonun Suriyadakı əməllərindən ciddi narahatıq. Amerikaya məsləhət görürük ki, o bölgədə odla oynamasın". Sputnik xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Valday Müzakirə Forumundakı çıxışı zamanı deyib.

Lavrov qeyd edib ki, ABŞ-ın Suriyadakı davranışları bu ölkəni parçalamağa oxşayır: "İŞİD-i bəhanə edirlər. Özlərini kürdlərə dost kimi göstərib Suriyanı bölüb, kukla dövlət yaratmağa can atırlar. Rusiya hər şeyi diqqətlə izləyir. Onlara məsləhətimiz, odla oynamasınlar. Ani maraqlara söykənən siyasət aparmaqdansa, kürdlər də daxil olmaqla Suriyadakı bütün xalqların marağına cavab verən strategiya qurmaq daha məqsədəuyğundur".

Rusiyalı nazir, həmçinin qeyd edib ki, Amerika Suriyadan dərhal çıxmalıdır. "Suriyanın ərazi bütövlüyünə və müstəqilliyinə hörmət edilməlidir", — Lavrov deyib.

Xəbər lenti
0