Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qaxda təhlükəli hadisə baş verib, hər kəs diqqətli olsun

CC0 / blickpixel / Car crushSınmış avtomobil şüşəsi, arxiv şəkli
Sınmış avtomobil şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Qax rayonunun Cəlair kəndində yol qəzası baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün axşam saatlarında qeydə alınıb.

Rayon sakini Eşqin Yusifov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə ötmə əməliyyatını həyata keçirərkən qəza törədib. Məlumata görə, qəzaya səbəb qarşıdan gələn "KamAZ" markalı yük avtomobilinin sürücüsünün uzaqvuran işıqları yandırması və yağışlı hava olub.

Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0