CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda quş qripi xəstəliyi ilə bağlı hazırkı vəziyyət açıqlandı

© Photo : VET.GOVDövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri - Yolçu Həsənov (Xanvəli)
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat xidmətinin rəhbəri - Yolçu Həsənov (Xanvəli) - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Sputnik Azərbaycan-a deyir ki, Azərbaycanda quş qripi xəstəliyi aşkar olunmayıb

Yolçu Xanvəli: “Quş əti məhsullarının gətirilməsinə qadağalar qoyulub”
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) son məlumatlarına əsasən, bir sıra ölkələrdə (İtaliya, Koreya Respublikası, Konqo, İraq, İran, İngiltərə, Rusiya, Əfqanıstan, Çin və digər ölkələrdə) quşlar arasında “quş qripi” xəstəliyi qeydə alınıb.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Sputnik Azərbaycan-a deyir ki, 2017-ci ildə ölkə ərazisində quş qripi xəstəliyinə görə 4 dəfə çöl quşları və sənaye quşlarından nümunələr götürülərək Respublika Baytarlıq Labarotoriyasında müayinələr aparılıb: 

“Müayinələrin nəticəsi olaraq deyə bilərik ki, Azərbaycanda quş qripi xəstəliyi aşkar olunmayıb. Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (BEB) məlumatlarına əsasən, quş qripi qeydə alınmış ərazilərdən quş ətinin və quş əti məhsullarının gətirilməsinə qadağalar qoyulub”.

Xəbər lenti
0