BAKI, 19 fevral — Sputnik. Prezident İlham Əliyev Xalq artisti Arif Babayevin "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sputnik Azərbaycan prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Arif İmran oğlu Babayev Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah A.Babayevin 80 yaşı tamam olur.