Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Avtomobil su kanalına aşdı, sürücü öldü

© Sputnik / Murad OrujovКанал в бардинском районе
Канал в бардинском районе - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücü Hümmətzadə Oruc Möhbala oğlunun meyiti deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarılıb

BAKI, 18 fevral — Sputnik. Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,  Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ucar rayonu, Yeniyol kəndində “Mercedes” markalı minik avtomobili su kanalına aşıb.

Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sürücü, 1990-ci il təvəllüdlü Hümmətzadə Oruc Möhbala oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti
0