Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Sumqayıtda yol qəzası baş verdi, 4 nəfər yaralandı

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı araşdırma aparılır

BAKI, 18 fevral — Sputnik. Sumqayıt şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər ağır yaralanıb.

"Report"un verdiyi məlumata görə, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verib.

Belə ki, Bakı-Quba yolunun qəsəbə ərazisindən keçən hissəsində iki avtomobil toqquşub. Nəticədə avtomobillərdən birində olan 4 qadın — 1977-ci il təvəllüddlü Kəmalə Hacıbala qızı Baxışova, 1980-ci il təvəllüdlü Səbinə Məzahir qızı Həsənova, 1984-cü il təvəllüdlü Aynurə Teymur qızı Hətəmova, 1984-cü il təvəllüdlü Gülüstan Novruz qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Sumqayıt şəhər TTYX-a çatdırılıblar. İlkin müayinə olunan yaralıların vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0