BAKI, 18 fevral — Sputnik. İnternet istifadəçiləri bu günlərdə Londonda baş vermiş qeyri-adi hadisəni müzakirə edirlər.
Sputnik Azərbaycan-ın məlumatına görə, İngiltərə hökumətinin və Xarici İşlər Nazirliyinin pişikləri arasında dava baş verib. Küçədə baş verən "razborka" Xarici İşlər Nazirliyinin pişiyi olan Palmerstonun qələbəsi ilə başa çatıb. Hökumətin pişiyi Larri isə boyunduruğunu hadisə yerində ataraq qaçıb.
Hadisə "Twitter" istifadəçiləri tərəfindən geniş işıqlandırılıb. Hadisəyə "Dauninq stritdə faciə" adı verilib.
Drama at Downing Street this morning — Larry the cat has a face off with Palmerston from the Foreign Office. Fur and collar ripped off in the cat fight. @GMB pic.twitter.com/xGWUwZwlmO
— Nick Dixon (@NickDixonITV) 16 февраля 2018 г.
"Deyəsən Xarici İşlər Nazirliyinin baş nazirlə paroblemləri var, ona görə də pişiyi məsələni həll etmək üçün göndəriblər" — istifadəçilərdən biri yazıb.
Qeyd edək ki, bu pişikləri müvafiq ofislərdə siçanları tutmaq üçün saxlayırlar.