Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert bizi əmin edir ki, dollara ehtiyacımız qalmayacaq

© Photo : UNECUNEC-in professoru Elnur Sadıqov
UNEC-in professoru Elnur Sadıqov - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyir ki, bunun üçün MDB ölkələri ilə ticarət əlaqələrini artırmalıyıq

Elnur Sadıqov: “ABŞ dollarına olan ehtiyacın azalmasının tərəfdarıyıq”
“Vətəndaşların əmanətlərinin manatla daha çox olması manatın alıcılıq qabiliyyətinin artdığını göstərir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Elnur Sadıqov deyib.

“Manat əhalinin tələbatını ödəməyə başlayıb. Biz ABŞ dollarına olan ehtiyacın azalmasının tərəfdarıyıq. Əgər bunu istəyiriksə, ilk növbədə MDB ölkələri ilə ticarət əlaqələrini artırmalıyıq. Çünki bizim qiymət siyasətimiz eynidir. Hətta ABŞ dolları ilə müqayisədə yaxın ölkələr ilə, yəni MDB ölkələri ilə ticarəti daha da genişləndirsək, ümumiyyətlə, dollara heç bir ehtiyacımız qalmayacaq” — deyə o bildirib.

Qeyd edək ki, noyabr ayı ərzində fiziki şəxslərin depozitləri 90 milyon manat, yaxud 1,2% artaraq 1 dekabr 2017-ci il tarixində 7,37 milyard manata çatıb. Diqqətəlayiq haldır ki, bu proses manat əmanətlərinin artımı fonunda baş verir. 

Xəbər lenti
0