Elxan Şahinoğlu: “ABŞ-Türkiyə münasibətlərində kardinal dəyişiklər olmayacaq”
ABŞ hesab edir ki, dövlət katibi Reks Tillersonun Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla Ankarada keçirilən görüşü məhsuldar olub. Bu barədə Dövlət Departamentinin nümayəndəsi məlumat verib.
Atlas Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Sputnik Azərbaycan-a deyir ki, ABŞ tərəfinin bu cür açıqlamalarına baxmayaraq, hazırkı münasibətlərdə kardinal dəyişikliklərin baş verəcəyini gözləmirəm:
“ABŞ-ın indiki prezidenti Donald Tramp da Türkiyə ilə əməkdaşlığa dair çoxlu bəyanatlar vermişdi. Ancaq reallıq odur ki, ABŞ Türkiyənin düşmənlərini silahlandırır. Hətta Tillerson Türkiyəyə gəlməzdən əvvəl kürdlərə verdikləri silahları geri almayacaqları barədə açıqlama verdi. Bütün bunların fonunda Tillersonun Ərdoğana nə deməyindən asılı olmayaraq ABŞ-Türkiyə münasibətlərinin soyuqluq mərhələsindən çıxacağını gözləmirəm”.