CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Özünü DTX-nin rəsmisi kimi təqdim edən şəxs tutuldu

© Sputnik / Anar MustafayevЗдание Службы государственной безопасности Азербайджанской Республики в Баку
Здание Службы государственной безопасности Азербайджанской Республики в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda araşdırmalar davam edir

BAKI, 17 fevral — Sputnik. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda əməliyyat keçirib, saxlanılan var. 

Bu barədə Sputnik Azərbaycan-a DTX-nin İctimai əlaqələr şöbəsindən bildirilib. 

Məlumata görə, özünü Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Bakı şəhərinin rayonlarından biri üzrə idarəsinin rəisi kimi təqdim edərək vətəndaşlardan müxtəlif adlar altında dələduzluq yolu ilə pul alan Azərbaycan Respublikası vətəndaşı Alıyev Eldəniz Kamil oğlu Dövlət Təhlükəsizliyi Xidmətin tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Eldəniz Alıyev cinayət məsuliyyətinə cəlb edilib. 

Hazırda araşdırmalar davam edir.

Xəbər lenti
0