BAKI, 17 fevral — Sputnik. Nigeriyada terrorçuların törətdikləri partlayışlar nəticəsində 22 nəfər ölüb.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Sinhua" agentliyinin yaydığı xəbərdə deyilir.
Dünən axşam üç nəfər terrorçu-kamikadze Borno ştatının Kondqyuqa şəhərinin bazarında özünü partladıb.
Hücum nəticəsində 28 nəfər də yaralanıb.