Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Meksikada son dövrlərin ən güclü zəlzələsi baş verib

© REUTERS / TORU HANAIYaponya Meteoroloji Agentliyinin işçisi Koji Nakamura, zəlzələ ilə bağlı məlumat verir
Yaponya Meteoroloji Agentliyinin işçisi Koji Nakamura, zəlzələ ilə bağlı məlumat verir - Sputnik Azərbaycan
Abunə olmaq
Episentri 43 km dərinlikdə olan yeraltı təkanlar nəticəsində ölü və yaralılar barədə hələlik məlumat verilməyib

BAKI, 17 fevral — Sputnik. Meksikada son dövrlərin ən güclü zəlzələsi baş verib. Ölkənin cənub-qərbində qeydə alınan zəlzələnin gücü 7,5 bal olub.

Sputnik Azərbaycan CNBC-yə istinadən xəbər verir ki, məlumatı ABŞ Geoloji Araşdırmalar Mərkəzi yayıb.

Episentri 43 km dərinlikdə olan yeraltı təkanlar nəticəsində ölü və yaralılar barədə hələlik məlumat verilməyib.

Zəlzələdən sonra sunami təhlükəsinin olmadığı bildirilib.

Xatırladaq ki, Meksikada 19 sentyabr 2017-ci ildə 7,1 bal gücündə baş verən zəlzələdə 369 nəfər dünyasını dəyişmişdi.

Xəbər lenti
0