Aviasiya tarixinin ən qəribə olayı belə görüntüləndi - VİDEO

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidСамолет Ан-148-100В, фото из архива
Самолет Ан-148-100В, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
İndoneziyada baş verən hadisə dünya aviasiya tarixində bir ilkdir

BAKI, 17 fevral — Sputnik. İndoneziyanın Tambolaka hava limanı daha öncə rastlanmamış bir olayla gündəmə gəlib. Yerli “Garuda” aviaşirkətinə aid bir təyyarə sərnişinlər tərəfindən itələnirkən görüntülənib.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Kupang — Tambolaka səfərini həyata keçirən sərnişin təyyarəsini hava limanındaki texniki heyət və təyyarənin bəzi sərnişinləri itələyərək döndərməyə çalışıblar.

Həm yerli, həm də xarici mediada böyük səs-küyə səbəb olan hadisə ilə bağlı aviaşirkətdən açıqlama verilib. Açıqlamada hadisənin pilotun səhvi ucbatından baş verdiyi vurğulanır: “Təyyarənin döndərilməsi üçün hava limanında lazımi avadanlığın olmaması səbəbindən belə bir üsula əl atılıb. Bu nöqsan pilotumuzun təyyarəni səhv tərəfə döndərməsindən qaynaqlanıb”.


Xəbər lenti
0