Bu ərazilərə pulunuz olsa da gedə bilməzsiniz

Abunə olmaq
Elə yerlər var ki, ora turistlərin daxil olması qadağandır

BAKI, 17 fevral — Sputnik. İnsanlar düşünür ki, əgər onların yetəri qədər pulları varsa, dünyanın hər yerinə gedə bilərlər. Amma belə deyil. Elə yerlər var ki, ora turistlərin daxil olması qadağandır. Sputnik Azərbaycan qadağan olunan yerlərin siyahısını təqdim edir.

Dünya Üzerinde Asla Göremeyeceğiniz 5 Yasaklı Yer

1. Surtsey adasına giriş qadağandır. Səbəb isə elmi təcrübələrin aparılmasıdır. Bu ada 1963-cü ildə vulkan püskürməsi zamanı yaranıb. Ada yaranan zaman bəzi alimlər burada elmi tədqiqat aparmağa başlayıb. Ona görə də, turistlərə bu adaya daxil olmaq qadağan edilib.

Dünya Üzerinde Asla Göremeyeceğiniz 5 Yasaklı Yer

2. İlha da Queimada Grande adasına giriş qadağandır. Braziliyadan 35 kilometr aralıda olan bu ada cənnət kimi görünür. Həyatınızı riskə atıb gizli yolla bura daxil olmağa cəhd edə bilərsiniz. Çünki bu ərazi zəhərli ilanlarla doludur. 43 kilometrlik ərazidə təxmini 4000 ilan yaşayır. Ona görə də buraya İlan adası da deyirlər.

Dünya Üzerinde Asla Göremeyeceğiniz 5 Yasaklı Yer

3. Şimali Sentinel adasına da giriş qadağan olunub. Səbəb isə daha maraqlıdır. Bu adada yerli əhali həddindən artıq çox təhlükəlidir. Burada yaşayan aborigen insanlar müasir dövrdən 60 min il geri qalırlar. Onlar ibtidai icma quruluşundakı kimi yaşayırlar. Sunamidən sonra onlara köməyı gələn helikopteri oxlarla vurublar, o ərazidə bir neçə balıqçı öldürülüb. Bunları nəzərə alan Hindistan dövləti bu əraziyə girişi qadağan edib.

Dünya Üzerinde Asla Göremeyeceğiniz 5 Yasaklı Yer

4. Yaponiyada yerləşən İse Böyük Tapınak da turistlər üçün qapalı ərazidir. Ölkənin ən önəmli məbədi burada yerləşir. Bura ancaq kral ailəsi və yüksək rütbəli din adamları daxil ola bilir.

Dünya Üzerinde Asla Göremeyeceğiniz 5 Yasaklı Yer

5. Qruinard Adası da qadağan olunan yerlərdəndir. Səbəbi isə bioloji silahların sınaq edilən məkan olmasıdır. 1942-ci ildə İngiltərə hökuməti bioloji silahları test etmək üçün bu adanı pulla alıb. Daha sonra bu ərazi çirklənməyə başlayıb və burada ölüm səbəbinin 95 faizi silahlardan çirklənən mühit olub. Nəhayət, 1990-cə illərdə insanlar bu ərazilərdən köçürülməyə başlanıb. Məlum olub ki, bu ərazi yüz illər boyunca yaşamaq üçün yararsız olacaq.

Xəbər lenti
0