BAKI, 17 fevral — Sputnik. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrindəki PYD terrorçularına ağır zərbələr vurmağa davam edir. Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, nə edəcəklərini bilməyən terrorçular hara və necə gəldi raket atmağa başlayıblar.
Həmin raketlərdən üçü Türkiyənin Suriya ilə sərhəddəki Kilis vilayətində boş əraziyə düşüb. Hadisədə ölən və yaralanan olmayıb.
Raketlərin atıldığı əraziyə yaxın yerdə yerləşən tibb məntəqəsi müvəqqəti olaraq təxliyyə edilib.
Bu arada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ordunun Afrin şəhər mərkəzinə girməsinə az bir zaman qaldığını açıqlayıb.
"İnşAllah zəfərə çox az qaldı. Qəhrəman əsgərlərimiz Azad Suriya Ordusu ilə birlikdə Afrinə tərəf uğurla irəliləməkdədirlər. Sivillərə zərər dəyməməsi üçün həssaslıqla aparılan əməliyyat tez zamanda qələbə ilə başa çatacaq. Az qaldı", — prezident qeyd edib.