Türkiyə baş nazirindən ABŞ-la müharibə anonsu

© Photo : AATürkiyənin baş nazir Binəli Yıldırım
Türkiyənin baş nazir Binəli Yıldırım - Sputnik Azərbaycan
Abunə olmaq
Baş nazir Almaniyanın dövlət telekanalına müsahibə verib

BAKI, 16 fevral — Sputnik. Türkiyənin baş naziri Binəli Yıldırım Almaniyanın dövlət telekanalı olan ARD-yə özəl müsahibə verib. Türkiyə Silahlı Qüvvələrinin Azad Suriya Ordusu ilə birgə Afrin bölgəsinə başlatdığı hərbi əməliyyat barədə danışan Yıldırım deyib ki, əgər ABŞ terrorçularla birgə bizə qarşı vuruşsa, biz də onlarla savaşarıq.

"Bizim ABŞ-a hər hansı təhdidimiz yoxdur. Türkiyə NATO-da Amerika ilə müttəfiq ölkədir. Təəssüf ki, onlar İŞİD terrorçularına qarşı başqa terror təşkilatı olan PYD ilə ittifaqa girdilər. Biz də deyirik ki, Türkiyə NATO ölkəsidir. PYD də NATO üzvü olan Türkiyənin sərhədlərini təhdid edir. Amerikaya PYD terrorçuları ilə birlikdə durma mesajı veririk. Çünki bu, müttəfiqliyə sığmaz, böyük dövlətə də yaraşmaz. Bizim problemimiz YPG/PYD ilədir. Amma, əgər ABŞ PYD tərəfdən bizə qarşı vuruşa, onlarla da savaşarıq", – Binəli Yıldırım qeyd edib.

Sputnik Azərbaycan "Timeturk"ə istinadən xəbər verir ki, Türkiyənin Suriyanın şimalındalı Afrin bölgəsinə başlatdığı hərbi əməliyyat 28 gündür uğurla davam edir. Türk ordusu və ASO Afrin şəhər mərkəzinə doğru irəliləyərkən 50-dən çox kənd, qəsəbə və strateji yüksəklikləri PYD-dən azad edib.

Xəbər lenti
0