Dünya təhlükədə: Sahildəki şəhərləri su basa bilər

© REUTERS / Pascal RossignolSu altında qalmış şəhər
Su altında qalmış şəhər - Sputnik Azərbaycan
Abunə olmaq
Akademiyanın hesabatına görə, bu hal gələcəkdə sahildə yerləşən şəhərlərin su altında qalma riskini artırır

BAKI, 16 fevral — Sputnik. Amerika Birləşmiş Ştatları Milli Elmlər Akademiyası iqlim dəyişikliyi ilə bağlı araşdırma aparıb. Araşdırmanın nəticələrinə görə, dünyada dəniz suyunun səviyyəsi hər il 3 millimetrədək artır. Sputnik Azərbaycan bu barədə "İndependent"ə istinadən xəbər verir.

"Əgər proses bu cür davam etsə, illik artım 2100-cü ildə 10 millimetrə qədər çoxala bilər. Əsrin sonunda dəniz səviyyəsinin yüksəkliyi 66 santimetrə çatacaq" – məlumatda bildirilir.

Akademiyanın hesabatına görə, bu hal gələcəkdə sahildə yerləşən şəhərlərin su altında qalma riskini artırır. Alimlər qeyd edir ki, dəniz suyu səviyyəsinin yüksəlməsinə səbəb Arktika, Antarktida və Qrenlandiyada buzlaqların əriməsidir.

Xəbər lenti
0