BAKI, 16 fevral — Sputnik. Yasamal rayonunda intihar hadisəsi baş verib. Hüquq-mühafizə orqanlarından Sputnik Azərbaycan-a verilən məlumata görə, hadisə Abbas Mirzə Şərifzadə küçəsində yerləşən binada qeydə alınıb.
2001-ci il təvəllüdlü Fatimə Abbasova rəfiqəsinin mənzilində özünü asaraq intihar edib. O, rəfiqəsinin yaşadığı evə qonaq gəlib. Rəfiqəsinə sevgilisindən ayrıldığını bildirib və gecə saatlarında yatdığı otaqda özünü asaraq öldürüb.
Yeniyetmənin ölümü barədə atası Anar Abbasova məlumat verilib. Hadisənin baş verdiyi mənzilə Yasamal Rayon Prokurorluğunun və Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinin əməkdaşları tərəfindən baxış keçirilib.
Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.