İlham Şaban: “Bu layihədən digər ölkələrdə yararlanacaq”
Fevralın 15-də Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin dördüncü iclası keçirilib.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Sputnik Azərbaycan-a deyir ki, bu layihə Xəzər kimi enerji ilə zəngin olan bir regionu böyük enerji istehlakçıları ilə birləşdirən infrastrukturun yaranmasının başlanğıcıdır:
“Dünya bazarında enerji daşıyıcılarının qiymətinin aşağı olduğu bir dövrdə Azərbaycan və onun tərəfdaşları belə bir layihəni gündəmə gətirdilər və cəmi 5 il ərzində reallaşdıra bildilər. İki ildən də az bir vaxt sonra Azərbaycan qazı Avropa bazarlarında olacaq. Bu layihə genişləndikcə ondan digər ölkələr də yararlanacaq”.