Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Azər Həsrət: “Ölkəmizə qarşı qarayaxma kampaniyasına hamımız cavab verməliyik”

© Sputnik / Murad OrujovПолитический аналитик, член Совета по прессе Азербайджана Азер Хасрет
Политический аналитик, член Совета по прессе Азербайджана Азер Хасрет - Sputnik Azərbaycan
Abunə olmaq
Media məsələləri üzrə ekspert Azər Həsrət deyir ki, biz hüququn hər şeydən üstün olduğunu sübut etməliyik

Azər Həsrət: “Azərbaycan ictimaiyyəti mövqeyini nümayiş etdirməlidir”
“Azərbaycan hakimiyyəti dövlətin və onun tərəfdaşlarının imicini ləkələmək məqsədilə həyata keçirilən belə qarayaxma kampaniyasının təşkilatçıları və icraçıları haqqında kifayət qədər məlumatlıdır və yalnız Milan məhkəməsinin qərarı ilə kifayətlənmək niyyətində deyil. Biz bu çirkin əməldə əli olanlarla bağlı müvafiq qaydada hüquqi prosedurlara başlamaq niyyətindəyik”. Bunu Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycanla korrupsiya əlaqələrində ittiham olunan AŞPA-da Avropa Xalq Partiyası deputatlar qrupunun sədri olmuş Luka Volonte barədə İtaliyanın Milan məhkəməsinin bəraət qərarını şərh edərkən deyib.

Media məsələləri üzrə ekspert Azər Həsrət də Sputnik Azərbaycan-a deyir ki, Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq səviyyədə hüquqi prosedura başlamalıdır: 

“Bu da Azərbaycana davamlı olaraq böhtan atanlara dərs olmalıdır. Onlara sübut edilməlidir ki, heç nə cavabsız qalmayacaq və hüquq hər şeydən üstündür. Bu hadisələrə təkcə Azərbaycan hakimiyyəti deyil, ictimaiyyət nümayəndələri və xalq öz mövqeyini nümayiş etdirməlidir”.

Xəbər lenti
0