Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

İqtisadçı-ekspert vergi sistemində gözlənilən islahatlardan danışır

© Photo : Seymur Kərimli / Interview.azİqtisadçı-ekspert Rəşad Həsənov
İqtisadçı-ekspert Rəşad Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
İqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, Azərbaycanın vergi sistemində köklü islahatların keçirilməsinə ehtiyac var

Rəşad Həsənov: “Azərbaycanda vergi yükü yüksəkdir”
“Dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayan Vergilər Nazirliyi ortamüddətli perspektivdə stimullaşdırıcı vergi siyasətinə keçidi təmin etməklə iqtisadi artımın sürətləndirilməsinə öz töhfəsini verməyə çalışacaq”. Bunu “Vergilər. Şəffaflıq. İnkişaf” adlı konfransda vergilər naziri Mikayıl Cabbarov deyib.

İqtisadçı-ekspert Rəşad Həsənov Sputnik Azərbaycan-a deyir ki, əgər Azərbaycan qeyri-neft sektorunu sürətli inkişaf etdirmək istəyirsə, bunun üçün vergi mexanizmlərinin təkmilləşdirilməsi əsas parametrlərdən olmalıdır: 

“Stimullaşdırıcı vergi siyasəti dedikdə isə, hədəfli vergi siyasətinin həyata keçirilməsi nəzərdə tutulur. Biz Azərbaycanda vergi yükünün yüksək olduğu qənaətindəyik. Bu isə onu deməyə əsas verir ki, Azərbaycanın vergi sistemində köklü islahatların keçirilməsinə ehtiyac var”.

Xəbər lenti
0