"Türkmənçay müqaviləsi bölgədə münaqişə ocaqlarının yaranmasına rəvac verdi"

Abunə olmaq
Firdovsiyyə Əhmədova: "Bu müqavilə həm də indiki Dağlıq Qarabağ münaqişəsinin başlanmasının kökü kimi qiymətləndirilir"

BAKI, 15 fevral — Sputnik. "Türkmənçay müqaviləsi müasir Azərbaycan tarixinin bütün məqamlarında öz təsirini göstərir". Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində təşkil edilmiş tədbirdə tarixçi alim Firdovsiyyə Əhmədova deyib.

O bildirib ki, indi müəyyən qüvvələr bu müqavilədən öz maraqları çərçivəsində istifadə etməyə çalışır: "Bu gün azərbaycanlıların böyük hissəsi İran ərazisində yaşayır. Türkmənçay müqaviləsi parçalanmış bir xalqın bütün ictimai siyasi mədəni həyatına öz təsirini göstərib".

"Bu müqavilə həm də indiki Dağlıq Qarabağ münaqişəsinin başlanmasının kökü kimi qiymətləndirilir. Çünki bu müqavilədən sonra yaradılan inzibati ərazi vahidləri münaqişə ocaqlarının yaranmasına rəvac verdi", — F.Əhmədova vurğulayıb.

Xəbər lenti
0