İlqar Vəlizadə: “Türkiyə NATO-nun strateji planlarında mühüm rol oynayır”
NATO-nun baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında Türkiyə NATO üzvləri arasında terrora ən çox məruz qalan ölkə olduğunu diqqətə çatdırıb.
Politoloq İlqar Vəlizadə Sputnik Azərbaycan-a deyir ki, NATO-nun baş katibi bu açıqlaması ilə yeni bir şey kəşf etmiş sayılmır:
“Türkiyə NATO-nun strateji planlarında mühüm rol oynayır. Türkiyənin yerləşdiyi regionda baş verənlər dünya siyasətinə böyük təsir göstərir. Bu baxımdan Türkiyə qərb üçün əhəmiyyətli ölkədir. Son vaxtlar NATO-nun Türkiyə ilə münasibətlərinin gərginləşməsi ümumi strategiyanın bölgədə gerçəkləşməsinə əngəl törədir. NATO planlarının həyata keçməsində Türkiyənin səmərəliliyinin artırılmasına çalışır”.