ABŞ dövlət katibi Ankarada: Vacib görüşlər başlayıb

© Photo : Kayhan Ozer/Presidential Palace/Handout via REUTERSTillerson və Ərdoğan
Tillerson və Ərdoğan - Sputnik Azərbaycan
Abunə olmaq
Görüşlərdə Türkiyənin Afrində həyata keçirdiyi əməliyyatlar, Suriyada vəziyyət və ikitərəfli əlaqələrdə yaranmış problemlər müzakirə olunacaq

BAKI, 15 fevral — Sputnik. ABŞ dövlət katibi Reks Tillersonun Türkiyəyə səfəri başlayıb.

Sputnik Azərbaycan Sözçü-yə istinadla xəbər verir ki, R.Tillersonunun Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü başlayıb. Sabah isə onun xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşü nəzərdə tutulub.

Görüşlərdə Türkiyənin Afrində həyata keçirdiyi əməliyyatlar, Suriyada vəziyyət və ikitərəfli əlaqələrdə yaranmış problemlər müzakirə olunacaq.

Qeyd edək ki, Ankaraya gəlməmişdən öncə Tillerson İordaniyada Türkiyə ilə bağlı açıqlama vermişdi. O, bu açıqlamasında təhdidləri azaldaraq, işbirliyi qurmağa ümid etdiyini vurğulamışdı.

Bununla yanaşı, dövlət katibi Ankarada görüşlərə başlamazdan öncə Türkiyədə narazılıqla qarşılanan bəyanat da verib. Tillerson PKK-nın Suriya qolu olan YPG-yə ağır silahlar vermədiklərini bildirib: “Bu səbəbdən də, onlardan geri alacağımız sılah yoxdur”.

Xəbər lenti
0