Sonadək iddiasından əl çəkməyən dahi

© Photo : Public DomenQalileo Qaliley
Qalileo Qaliley - Sputnik Azərbaycan
Abunə olmaq
Qaliley inkvizisiya məhkəməsində Yerin Günəş ətrafında fırlanması fikrini təkzib etməli olub. Deyilənlərə görə, alim hökmdən sonra dözməyərək "Axı, O (Yer kürəsi Günəş ətrafında) fırlanır" sözünü işlədib

BAKI, 15 fevral — Sputnik. İtalyan fiziki, riyaziyyatçısı, astronomu və filosofu Qalileo Qaliley 1564-cü il fevralın 15-də İtaliyanın Piza şəhərində anadan olub.

Qaliley elmi inqilabda böyük bir rol oynayıb. Qalileo, "müasir astronomiyanın atası", "müasir fizikanın atası", "elmin atası" və "müasir elmin atası" olaraq adlandırılmaqdadır. 

Dövrünün tanınmış musiqiçilərindən Vinçenzo Qalileyin oğlu olan Qalileo, ilk təhsilini Florensiyada alıb. 1581-ci ildə Piza Universitetində tibb təhsilinə başlayıb. Ancaq pulsuzluqdan məktəbi tərk edib. 1583-cü ildən etibarən riyaziyyata maraq duyan Qalileo, bu mövzudakı işləri sayəsində 1589-cu ildə professor olub.

Qalileo Piza qülləsindən ağırlıq daşı sallayaraq Aristotelin nəzəriyyəsinə ciddi dəyişiklik edib. Onun fikrincə bütün şərtlər bərabər olduqda hər cismin düşmə sürəti, ağırlığından asılıdır. Bu təklifi yaşlı professorlarla münaqişəyə səbəb olub. 

Qaliley 1597-ci ildə praktikada çox faydası olan kompas düzəldib. Daha sonra termometri, insanın ürək döyüntülərinin ölçülməsində istifadə edilmək üçün rəqqası kəşf edib. O, 1609-cu ildə Hollandiyada teleskopun olduğunu eşidib və özü daha təkmil alət düzəldərək astronomiya müşahidələrində istifadə edib. 

1611-ci ildə Qaliley Roma Elmlər Akademiyasına üzv seçilib. Daha sonra hidrostatika barədə bir çox professorun etirazına səbəb olan kitabını və günəş ləkələri haqqında əsərini nəşr etdirib. Bu əsərində Kopernik sistemini açıq bir şəkildə müdafiə edib. Buna görə kilsə inkvizisiyasının ağır hücumuna məruz qalıb. 1615-ci ildə Romaya gedərək öz iddiasını müdafiə edib və 1616-cı ildə Papa V Pavel tərəfindən kitablarını tədqiqi üçün komissiya yaradılıb. Bu komissiya Qalileonun kitablarını qadağan etməyib və ondan dünyanın öz oxu ətrafında döndüyü iddiasından imtina etməsini istəyib.

Dostunun VIII Urban adı ilə Papa seçilməsindən cəsarətlənərək yazdığı "İki Kainat Sistemi Barədə Dialoq" adlı əsərini Qaliley 1632-ci ildə nəşr etdirib. Kitaba görə kilsə onu Romada məhkəməyə çağırılıb. 1633-cü ildə bu kitab qadağan edilib və Qaliley Müqəddəs İnkvizisiya tərəfindən ömürlük həbsə məhkum edilib. Yetmiş yaşında həbs edilən Qalileo kor olub və 1642-ci ildə vəfat edib.

Xəbər lenti
0